Bakı Fond Birjası (BFB) 2018-ci ilin yanvar-may ayları ərzində dövriyyəsini açıqlayıb. FED.az BFB-yə istinadən xəbər verir ki, birjada bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 9 milyard 950 milyon 814 min 602.53AZN təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 3 dəfə artıqdır.
Budəfəki artım Mərkəz Bankın notları və Foreks bazarı hesabınadır.
Belə ki, ilk 5 ayda AMB-nin notları ilə 4 milyard 547,7 milyon manatlıq əməliyyat aparılıb. Ötən il isə bunun həcmi cəmi 429 milyon manat idi.
Maliyyə Nazirliyinin Dövlət İstiqrazlarının həcmində də bu il təqribən 100 milyon manat artım var – ötən ilki 289 milyon manata qarşı 384 milyon manat.
FOREKS - Törəmə Alətlər Bazarında isə əməliyyatların həcmi 4,29 milyard manat təşkil edib. Ötən il bu göstərici 1,72 milyart manat ətrafında idi.
Əvəzində bu il səhm bazarında ciddi azalma var. Ötən ili ilk 5 ayında səhmlərlə 600 milyon manatlıq əməliyyat olduğu halda, bu il həmin göstərici 67,3 milyon manata düşüb.
Böyük ehtimalla, bu proses ötən il bankların öz kapitallarının artırılması üçün aktiv emissiyalarının nəticəsidir. Bu il ərzində həmin pooses səngidiyinə görə səhmlərin ilkin bazarı da zəifləyib və ilk 5 ayda cəmi 25 milyon manatlıq səhm buraxılıb.
Bununla yanaşı, 2018-ci ildə səhmlərin təkrar bazarında ciddi aktivləşmə var – 42,3 milyon dollarlıq əməliyyat.
Bu il böyük artımın baş verdiyi sahələrdən biri də repo əməliyyatlarıdır. Ötən ilin ilk 5 ayında 11,6 milyon manatlıq repo əməliyyatı aparıldığı halda, indi bu göstərici 378,2 milyon manata yüksəlib. Repo əməliyyatlarının aktiv istifadə olunduğu alətlərdən biri də SOCAR İstiqrazlarıdır.
Bazarın sektoru |
Dövriyyə, yanvar-aprel 2018 |
Dövriyyə, yanvar-aprel 2017 |
||
|
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
Əqdlərin həcmi, |
Əqdlərin sayı |
I. Dövlət Qiymətli Kağızlar bazarı |
4,932,227,447.89 |
646 |
719,280,973.14 |
239 |
MN Dövlət İstiqrazları |
384,567,071.10 |
215 |
289,873,793.75 |
178 |
Dİ yerləşdirmə |
323,734,529.87 |
132 |
263,838,354.29 |
139 |
Dİ təkrar |
60,832,541.23 |
83 |
26,035,439.46 |
39 |
AMB Notları |
4,547,660,376.79 |
431 |
429,407,179.39 |
61 |
NOT yerləşdirmə |
4,547,660,376.79 |
431 |
429,407,179.39 |
61 |
NOT təkrar |
- |
- |
- |
- |
II. Pay bazarı |
67,270,075.51 |
625 |
601,346,482.37 |
618 |
Səhmlər yerləşdirmə |
25,000,000.00 |
1 |
600,000,000.21 |
2 |
Səhmlər təkrar |
42,270,075.51 |
624 |
1,346,482.16 |
616 |
III. Borc Alətləri Bazarı |
282,478,690.66 |
436 |
284,443,753.48 |
376 |
AİF istiqrazları yerləşdirmə |
75,224,581.48 |
11 |
100,207,099.50 |
17 |
AİF istiqrazları təkrar |
142,209,135.04 |
18 |
90,494,775.23 |
13 |
Digər korporativ istiqrazlar * yerləşdirmə |
5,000,000.00 |
11 |
- |
- |
Digər korporativ istiqrazlar * təkrar |
60,044,974.14 |
396 |
93,741,878.75 |
346 |
- o cümlədən market meyker |
2,306,953.00 |
- |
881,625.00 |
- |
IV. REPO əməliyyatları |
378,231,786.08 |
146 |
11,577,467.73 |
17 |
AMB-nin Repo əməliyyatları |
- |
- |
- |
- |
Digər Repo əməliyyatlar |
378,231,786.08 |
146 |
11,577,467.73 |
17 |
V. Törəmə Alətlər Bazarı |
4,290,606,602.40 |
46,699.00 |
1,717,538,629.50 |
28,737.00 |
Valyuta |
3,810,109,481 |
41,344 |
1,587,210,201 |
26,210 |
Əmtəə |
480,497,122 |
5,355 |
130,328,429 |
2,527 |
Cəmi |
9,950,814,602.53 |
48,552.00 |
3,334,187,306.22 |
29,987.00 |
- o cümlədən: ilkin bazar ( I+II+III) |
4,976,619,488 |
586 |
1,393,452,633 |
219 |
- o cümlədən: təkrar bazar ( I+II+III) |
305,356,726 |
1,121 |
211,618,576 |
1,014 |