Bu ilin yanvar-iyul aylarında “ABB İnvest İnvestisiya Şirkəti” QSC-nin əməliyyatlarının dövriyyəsi 11,9 milyard manat təşkil edib.
FED.az bu barədə Bakı Fond Birjasına istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9 milyard manat və ya 6,1 dəfə çoxdur.
Bu dövrdə investisiya şirkətinin ARMB qiymətli kağızları üzrə 100,8 milyon manat, dövlət istiqrazları üzrə dövriyyə 634,5 milyon manat, korporativ istiqrazlar üzrə dövriyyə 125,3 milyon manat, səhm əməliyyatları üzrə dövriyyə 104,9 min manat, repo əməliyyatları üzrə dövriyyə 11 milyard manat təşkil edib.
Əməliyyat sayı isə 1 638 olub.
Əvvəlki illə müqayisədə dövlət istiqrazları üzrə dövriyyə 285,8 milyon 265 min manat (81,9%) səhm əməliyyatları üzrə dövriyyə 99,4 min manat (19,1 dəfə), repo əməliyyatları üzrə dövriyyə 9,8 milyard manat (8,9 dəfə) artıb.
Əməliyyat sayında isə 916 ədəd və ya 2,3 dəfə artım qeydə alınıb.