Bakı Fond Birjası bu ilin yanvar-noyabr ayları üzrə Azərbaycanda fəaliyyət göstərən invesitisiya şirkətlərinin əməliyyat sayını həcmini açıqlayıb.
"FED.az" BFB-yə istinadən investisiya şirkətlərinin əməliyyat sayına istinadən bu barədə xəbər verir.
Məlumata görə ən yüksək göstərici "ABB İnvest İnvestisiya Şirkətində"dir - 106 min 840 əməliyyat.
"Unicapital İnvestisiya Şirkətin"in əməliyyat sayı 8 min 358 olub.
"Paşa Kapital İnvestisiya Şirkətin"in əməliyyat sayı 6 min 541 ədəd təşkil edib.
4-cü yerdə 4 min 53 əməliyyat sayı ilə "İnvest.Az İnvestisiya Şirkəti" qərarlaşıb.
"CPM-İnvest İnvestisiya Şirkəti" 3 min 536 əməliyyat sayı ilə 5-ci olub