Rusiyada bəzi bank əməliyyatlarını sürücülük vəsiqəsi ilə həyata keçirməyə imkan verəcək qanun layihəsi hazırlanır. Qeyd edək ki, təşəbbüs artıq Rusiya Mərkəzi Bankı tərəfindən dəstəklənib.
Eləcə də bax: Rusiyada “Visa”nın baxışla ödəniş funksiyası - İSTİFADƏYƏ VERİLİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, sürücülük vasitəsi ilə aşağıdakı bank əməliyyatlarını həyata keçirmək mümkün olacaq:
1. bank hesabı açmadan pul köçürmək;
2. 100 min rubl məbləğin ekvivalentində valyuta almaq və ya satmaq;
3. 15 min rubla qədər poçt ilə göndərilən pulu almaq;
Bu yeniliyin şəxsiyyət vəsiqəsini unudan sürücülər üçün xüsusilə faydalı olacağı gözlənilir.
“Rosbank”ın nümayəndəsi Aleksandr Popov, bankların sürücülük vəsiqələrinin vahid bazasını yaratmasını mümkün sayır. Gələcəkdə Rusiyada ümumi bir sənəd olacaq ki, onun köməyi ilə istənilən dövlət və bank xidmətlərindən istifadə etmək mümkün olacaq, dosent Plexanov Denis Domaşenko söyləyir.
“Gələcəkdə universal identifikasiya kartına sahib olmaq kifayət edəcək, hər halda hər şey ona doğru gedir. İnsan haqqında bütün məlumatları gözün qüzehli qişasını skan etməklə əldə etmək mümkün olacaq. Bu, yaxın 5-7 ildə baş verəcək”, – ekspert hesab edir.
Elektron pasportun yaradılması Rusiyanın “Rəqəmsal iqtisadiyyat” layihəsində nəzərdə tutulub. 2024-cü ilədək vətəndaşlar çipli plastik kart almaq imkanını əldə edəcəklər. Pasport məlumatlarından əlavə, karta barmaq izi, gözün qüzehli qişası, sürücülük vəsiqəsinin məlumatları, elektron imza və VÖEN-i yazmaq mümkün olacaq.