Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
AMB-dən FED.az-a verilən məlumata görə, hərracda tələb 53,8 mln. ABŞ dolları olub və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (6 avqust 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 9,0% və ya 5,3 mln. dollar azalıb.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.