Türkiyədə bəzi meyvə-tərəvəzlərin qiyməti kəskin artıb. FED.az-ın Türkiyə bürosu xəbər verir ki, ölkənin ticarət şəbəkələrində qırmızı qarağat indiyədək görünməmi qiymətə satılır.
Belə ki, 125 qramlıq bağlamalarda qırmızı qarağat 29,9 lirəyə və ya 5,5 dollara satılır. Başqa sözlə, qırmızı qarağatın kiloqramı 44 dollara və ya 75 manata satılır. Bu məhsullar Türkiyəyə Ukraynadan idxal edilir.
ELƏCƏ DƏ BAX: Türkiyədə tərxun biznesi - "AĞILLI SƏRMAYƏ"
Bəzi tərəvəz və meyvələrin bahalığı həmin məhsulların Türkiyədə becərilməsi üçün geniş imkanlar açır.
Belə imkanlarda FED.az-ın XARİCDƏ ƏMLAK bölməsində və ya AĞILLI SƏRMAYƏ rubrikasında tanış olmaq mümkündür.
Türkiyədə kəskin bahalaşıb - KİLOSU 75 MANAT
17:06
14 Dek 2018