Bu gün “Nar” brendinin sahibi “Azerfon” şirkəti “Nar Bayramı” münasibətilə jurnalistlərin Göyçaya səfərini təşkil edib.
FED.az xəbər verir ki, alim aqranom, Dövlət Fitosanitar Nəzarəti Xidmərtinin Göyçay rayon üzrə nümayəndəsi, Bitki Mühafizəsi Mərkəzinin rəsi Nazir Məmmədov jurnalistlərə bildirib ki, Göyçayda 3000 hektara yaxın nar bağı var, onlardan 2500 hektarı barverəndir
N.Məmmədov bildirib ki, bu il Göyçayda 40-50 min ton nar gözlənilir. 400 ağacdan ibarət bir hektar nar bağından 15-20 ton məhsul əldə etməyin mümkün olduğunu deyən Xidmətin Göyçay rayon nümayəndəsi qeyd edib ki, bir ağac orta hesabla 40-50 kq bar verir:
“Göyçayda narın yetişməsi üçün lazım olan torpaq və iqlim şəraiti var, ona görə ən dadlı nar Göyçayda yetişir. Göyçayda yetişən nar, narların şahıdır”,- alim aqronum bildirib.
Nazir Məmmədov əlavə edib ki, son vaxtlar Göyçayda şirin narın bir növü oran tumsuz narın da yetişdirilməsinə başlanılıb.
Alim, narın insan sağlamlığına xeyirli olmasından da danışıb:
"Narda bütün lazım olan vitaminlər var. Mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Qan azlığından şikayət edənlər nar yeməlidirlər. Anginada, xərçəng xəstəliyinin qarşısının alınmasında da nar istifadə olunur. Narın qabığından boyaq maddəsi, tumundan da müxtəlif yağlar alınır".
Qeyd edək ki, bu gün Göyçayda "Nar Bayramı" keçirilir.