Azərbaycanda daha bir şirkətin vergi borcuna görə əmlakı hərraca çıxarılıb.
Tanınmış şirkətin 22 milyon manat vergi borcu varmış – ƏMLAKI HƏRRACA ÇIXARILDI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, "CLUB BELLO MONTE" MMC-nin (VÖEN 7700448681) əmlakı vergi borcü üzrə hərracda satılacaq.
Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil edəcəyi hərracda "CLUB BELLO MONTE" MMC-yə məxsus olan torpaq sahəsi satılacaq.
Dövlət Vergi Xidmətinin məlumatına görə, şirkətin 16 900 manat vergi borcu var. Hərraca çıxarılan əmlakın dəyəri isə bundan dəfələrlə artıqdır.
Belə ki, Xaçmaz rayonunun Seyidkəndyeri kəndində yerləşən 6,4 hektarlıq torpaq sahəsinin ilkin satış qiyməti 640 min manatdır. Hərraca qatılmaq istəyənlər əmlakın dəyərinin 5%-i qədər, yəni 32 min manat məbləğində beh saxlamalı olacaqlar.












