Azərbaycanda tanınmış holdinqin böyük məbləğdə vergi borcu üzə çıxıb.
Azərbaycanda dövlət əmlakını özəl əmlakla - DƏYİŞDİRMƏK MÜMKÜN OLACAQ - YENİLİK
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, "MSDIS HOLDING" MMC-nin (VÖEN 1505072121) vergi borcu 21 milyon 937,6 min manatdır.
Böyük vergi borcu olması və ödənişdəki çətinlik səbəbindən "MSDIS HOLDING"-in əmlakları satışa çıxarılıb.
Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hzoldinqə məxsus olan torpaq sahəsi və qeyri-yaşayış obyekti hərraca çıxarılıb.
Buraya İmişli rayonunda, Bəhramtəpə qəsəbəsində yerləşən 1 hektar 16 sot torpaq sahəsi, eləcə də Bakı şəhəri Nərimanov Rayonu, Xətai pr ev.34 ünvanında yerləşən 612 kvadratmetrlik qeyri-yaşayış obyekti aiddir.
Maraqlıdır ki, hər iki obyekt olduqca aşağı ilkin qiymətə – cəmi 58 min manata satışa çıxarılıb.
Hərracda iştirak etmək istəyənlər əmlakın dəyərinin 5%-i həcmində – 2900 manat beh yatırmalıdırlar.












