Azərbaycan vətəndaşları 2022-ci ildə Ermənistanda 2 daşınmaz əmlak alıblar.
Türkiyədə ən çox hansı ölkə vətəndaşları ev alır? - SİYAHI
Türkiyədə bir ildə 3,5 milyon əmlak satılıb – ŞƏHƏRLƏR, SİYAHI
FED.az xəbər verir ki, Azərbaycan vətəndaşları İrəvandakı çoxmənzilli binalardan birində və Lori rayonunda bir fərdi yaşayış evindən mənzil alıblar.
Türkiyə vətəndaşları isə 2022-ci ildə İrəvandakı çoxmənzilli binalarda 11 daşınmaz əmlaka sahib olub.
Eyni zamanda, hər iki dövlətin vətəndaşları daşınmaz əmlak satmayıblar. Onların milliyyəti Kadastr Komitəsinin hesabatında göstərilmir.
Daha əvvəl “Sputnik Ermənistan” yazıb ki, 2010-2021-ci illərdə Ermənistanda Türkiyə vətəndaşları daşınmaz əmlak hüququnun qeydiyyatı ilə bağlı ümumilikdə 71, Azərbaycan vətəndaşları isə 6 əməliyyat həyata keçirib.
Azərbaycan vətəndaşları 2012 (2), 2018, 2019-cu illərdə mənzil alıblar. Daha bir mənzil hədiyyə olaraq alınıb (2012). Bundan əlavə, bir ictimai əhəmiyyətli obyekt alınıb.
Türkiyə vətəndaşlarına gəlincə, göstərilən müddət ərzində onlar Ermənistanda 53 mənzil alıb, 1-i hədiyyə, 1-i dəyişdirilib. Bundan əlavə, 5 fərdi yaşayış evi, 1 qaraj, 7 ictimai obyekt, 3 torpaq sahəsi alınıb. (Qaynarinfo.az)