Türkiyədə əcnəbilərə ev satışında azalma müşahidə edilib.
Bu il azərbaycanlılar Türkiyədə daha çox mənzil alıblar - YENİ RƏQƏMLƏR AÇIQLANDI
FED.az biznes və maliyyə xəbərləri portalı Türkiyə mətbuatına istinadla xəbər verir ki, avqust ayında ev satışı digər ilin bu ayına nisbətən 10,1 faiz azalıb (5273).
Yanvar-avqust ayları üçün isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 44,6 faiz artaraq 44 min 595 olub.
Bəs, avqust ayında Türkiyədən ən çox hansı ölkə vətəndaşları ev alıb?
Rusiya - 1 238

İran - 633

İraq - 417

Almaniya - 256

Qazaxıstan - 231

Ukrayna - 219

Kuveyt - 195

Səudiyə Ərəbistanı - 150

ABŞ - 126

Əfqanıstan - 108

Azərbaycan - 106

İngiltərə - 92

Misir - 88

Lübnan - 76

İsveç - 69

Sudan - 66

Ürdün - 66

Yəmən - 61

Fələstin - 60

Qətər - 57













