Rusiyada uşaqlı ailələrin iqtisadi yükunu azaltmaq üçün onlara vergi güzəştləri başlayıb.
Baş Prokurorluq Rusiya-Ukrayna müharibəsində iştirak edən azərbaycanlılar haqqında - MƏLUMAT YAYDI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu güzəştlər ənənəvi vergi güzəşti kimi deyil, ödənilən verginin bir hissəsinin geri qaytarılması («vergi kəşbəki») üsulu ilə olacaq.
Qaydaya görə bu yenilikdən uşaqlarının sayı 2 və daha artıq olan ailələr istifadə edə biləcək.
Belə ki, 2 valideyn və 2 uşaq olan və aylıq gəliri 106 min rubldan (rəsmi məzənnə ilə təqribən 1200 dollardan) az olan ailələr bu ildən etibarən «vergi kəşbək»inə iddia edə biləcəklər.
Ümumiyyətlə qaydaya görə, belə dəstək yalnız o ailələrə verilə bilər ki, onların aylıq gəliri yaşayış mipnimumunun 1,5 mislini keçməsin, bu da yuxarıda göstərilən məbləğ edir.
Valideynin biri olan amma 2 uşaq böyüyən ailələrdə isə güzəşt daha ciddidlir. Yəni burada ailənin ümumi gəlirinin 1000 dollardan aşağı olması əsas götürüləcək.
Bu ailələrə aylıq gəlirin təqribən 7%-i qaytarılacaq, amma qaytarılma prosesi ilin sonunda olacaq.
İlkin məlumatlara görə, bu yenilikdən Rusiyada 2 və daha artıq uşaq olan 4,2 milyon ailə faydalanacaq.









