“Synergy Medical" MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Bu barədə FED.az İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasına istinadən xəbər verir.
Məlumata əsasən, “Synergy Medical" MMC-nin vergi borcu 3 milyon 331 min 931,22 manatdır. Bu vergi borcu bir gün əvvəlki tarixə olan məlumatdır.
Bildirək ki, “Synergy Medical" MMC şirkəti 10 min AZN nizamnamə kapitalına malikdir və qanuni təmsilçisi Paşayeva Gülnar Polad qızıdır.










