Azərbaycanda mağaza və obyektlərdə alıcılara qaytarılan ƏDV-nin məbləği açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-cı ilin yanvar ayında əhaliyə ümumilikdə 19 milyon 680 min manat ƏDV qaytarılıb.
Ötən il kartla alınan mənzil və obyektlərə görə 31 milyon manatdan çox ƏDV geri qaytarılıb
Bu məbləğlər mağaza və restoranlar, teatr, kino, muzey və konsertlər, özəl klinikalarda göstərilən xidmətlərə, eləcə də Qarabağdakı otellərdə qalmağa görə ödənilən ƏDV üzrə hesbalanıb qaytarılıb.
Yanvarda xarici vətəndaşların ölkə ərazisində fərdi istehlak üçün aldığı mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin ("tax free") məbləği 718,2 min manat təşkil edib.










