Azərbaycanda əlavə dəyər vergisi (ƏDV) qeydiyyat həddi 200 min manat olmaqla bir sıra ölkələrdən aşağıdır. Bu, üçün əlverişli biznes mühiti formalaşdırır.
Azərbaycanlıların internetlə alış-veriş etdiyi - ŞİRKƏTLƏRDƏN ƏDV TUTULACAQ - PREZİDENT TƏSDİQLƏDİ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Dövlət Vergi Xidmətinin vergi siyasəti baş idarəsinin şöbə rəisi “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda keçirilən forumda məlumat verib.
Onun sözlərinə görə, Gürcüstanda ƏDV qeydiyyat həddi 62 min 700, Rusiyada 170 min 500, Özbəkistanda 140 min 700, Tacikistanda isə 182 min 500 təşkil edir: "Baltik ölkələrində də bu göstərici Azərbaycandan aşağıdır. Litvada ƏDV qeydiyyat həddi 89 min, Latviyada 99 min, Estoniyada isə 79 min səviyyəsində müəyyən olunub. Moldovada isə ƏDV qeydiyyat həddi 119 min 800 manat təşkil edir".











