Məcburi ƏDV qeydiyyatı üçün tələb olunan dövriyyə həddi ilə bağlı məlumat verməyinizi xahiş edirəm.
VÖEN-i müvəqqəti dayandırmaq üçün nə etməli? - AÇIQLAMA
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən FED.az biznes və maliyyə xəbərləri portalına bildirilib ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən Vergi Məcəlləsinin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər növbəti ayın birinci günündən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar.
Vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınır.
Əlavə olaraq bildirilib ki, ƏDV qeydiyyatından keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxslər də vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilərlər.
Əsas: Vergi Məcəlləsi 155-ci maddəsi













