"Dünya Göz Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dövlət büdcəsinə 600 min manata yaxın vergi borcu yaranıb.
FED.az xəbər verir ki, MMC-nin hazırkı vergi borcu 587 min 434 manat təşkil edir.
"Dünya Göz Azərbaycan” MMC 4 noyabr 2011-ci ildə dövlət qeydiyyatına alınlb, qanuni təmsilçisi Adem Esgürdür. Şirkətin nizamnamə kapitalı 10 min manatdır. Hüquqi ünvanı AZ1003, Bakı şəhəri Səbail Rayonu, Mikayıl Useynov, ev.39 ünvanıdır.












