Azərbaycanda ƏDV geri al mexanizminin əhatə dairəsi gələn ildən bir qədər də genişləndiriləcək.
FED.az xəbər verir ki, “ƏDV geri al” mexanizmi 2026-cı ildən etibarən bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə də şamil olunacaq.
"ƏDV geri al” ilə 9 ayda vətəndaşlara 140,2 milyon manatdan çox pul qaytarılıb
Bu yenilik «Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında» qanun layihəsinə daxil olan dəyişikliklərdə əksini tapıb.
Yeniliyə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan müəyyən edəcək.