Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 14 milyard 378,4 milyon manat təşkil edib.
Gələn ildən gəlir vergisinin tətbiqinin səbəbləri açıqlanıb
FED.az bu barədə i Dövlət Vergi Xidmətinə stinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 % çoxdur.
Vergi daxilolmaları proqnozdan 5,5 % çox icra edilib.
10 aylıq vergi daxilolmalarının 10 milyard 411,8 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 9 %, proqnozdan isə 3 % çoxdur.
Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 15,5 milyard manat vəsait köçürməlidir. Beləliklə, 10 ay ərzində həmin məbləğin 92,8 %-i təmin olunub.














