Azərbaycanın Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı vergi ödəyicilərinin məlumatlandırılması istiqamətində tədbirlər davam etdirilir.
Kirayə haqqından vergi hesablanarkən kommunal xərclər nəzərə alınırmı?
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qanunvericiliyə edilmiş yeniliklər nəzərə alınmaqla maarifləndirici bukletlər hazırlanıb və qurumun rəsmi internet səhifəsində yerləşdirilib. Hazırlanan bukletlər aşağıdakı mövzuları əhatə edir:
- Yerli (bələdiyyə) vergiləri;
- Əlavə Dəyər Vergisi (ƏDV);
- Dövlət büdcəsinə ödənilən əmlak vergisi;
- Aksizlər;
- Muzdlu işlə əlaqədar tutulan gəlir vergisi və sosial sığorta haqları;
- Fiziki şəxslərin uçotu;
- Fiziki şəxslərin gəlir vergisi (sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyəti üzrə) ;
- İcbari tibbi sığorta üzrə ödənişlər;
- İşğaldan azad edilmiş ərazilərdə vergitutma;
- Kommersiya qurumlarının dövlət qeydiyyatı;
- Maliyyə sanksiyaları və məsuliyyət tədbirləri;
- Mədən və mənfəət vergiləri;
- Nağdsız hesablaşmalar;
- Naxçıvan Muxtar Respublikasında vergitutmanın xüsusiyyətləri;
- Sadələşdirilmiş vergi və sərnişindaşıma fəaliyyəti üzrə ödənişlər;
- Ailə kəndli təsərrüfatları üçün sosial sığorta ödənişləri;
- Torpaq vergisi;
- Üfüqi monitorinq modeli;
- Vergi ödəyicisinin hüquq və vəzifələri;
- Vergi öhdəliklərinin yerinə yetirilməsi;
- Vergi qanunvericiliyinin pozulması halları;
- Onlayn kassa aparatlarının tətbiqi;
- Aylıq sabit məbləğdə ödənişlərin hesablanması və ödənilməsi.
Vergi ödəyiciləri bukletlərlə Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində yerləşdirilmiş “Vergi Məcəlləsinə edilmiş dəyişikliklər barədə (2026)” altbölməsi vasitəsilə tanış ola bilərlər.













