Azərbaycanda vergi sahəsində gözlənilən yeniliklərdən biri də daşınmaz əmlak sahəsinə aid olacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli mətbuata müsahibəsində bildirib.
Vergi sahəsində gözlənilən yeniliklərdən danışarkən onun sözlərindən aydın olub ki hökumət daşınmaz əmlak sahəsində vergi yükünü azaltmaq niyyətindədir.
«Daşınmaz əmlak bazarında investisiyaların təşviqi, bu sahədə aktivliyin artırılması və bazarın daha şəffaf formalaşdırılması məqsədilə vergi yükünün optimallaşdırılması imkanları da nəzərdən keçirilir».












