Emal əməliyyatlarına məruz qalan balıq məhsulları istisna olmaqla, balıqyetişdirmə fəaliyyətini həyata keçirən şəxslər tərəfindən kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan balıq məhsulları kənd təsərrüfatı məhsullarına bərabər tutulacaq.
Su hövzələrində balıqlar kəskin azalıb: Tədqiqat aparılmır, vahid strategiya yoxdur - ARAŞDIRMA
FED.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Balıq kürüsünün istehsalı istisna olmaqla, kənd təsərrüfatı məhsullarının satışına dair Vergi Məcəlləsində nəzərdə tutulan tələblər, güzəştlər kəsilmə və dondurulma əməliyyatlarına məruz qalan balıq məhsullarına da şamil olunacaq.
Qeyd edək ki, 2022-ci il yanvarın 1-dən 5 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləği hesab edilir. Bu müddəa qüvvədə olacağı 2026-cı ildə xarici mənşəli balıq məhsullarına şamil edilməyəcək. Xarici mənşəli balıq məhsulların topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi vergitutma obyekti olmayacaq. ƏDV-nin ticarət əlavəsindən hesablanması da xarici mənşəli balıq məhsullarına şamil olunmayacaq.












