Bu ilin yanvar-fevral aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatlar (NKA) vasitəsilə qeydə alınan dövriyyə 4 milyard 553,1 milyon manat olub.
Mikayıl Cabbarov: "Ötən il vergi daxilolmaları son illərin ən yüksək həddində olub"
FED.az biznes və maliyyə xəbərləri portalı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,2 % çoxdur.
Bu il martın 1-nə qədər ölkədə 111 383 ədəd NKA quraşdırılıb.
"Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - deyə məlumatda qeyd olunub.











