Bu ilin yanvar-may aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 10 milyard 499,3 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 % çoxdur.
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 5% artıb
FED.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, indiyə qədər Azərbaycan ərazisində 106 520 ədəd yeni nəsil NKA quraşdırılıb.
"Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb", - deyə məlumatda qeyd olunub.