Ötən il ərzində ən çox vergi ödəyən bankların siyahısı açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Vergi Xidmətinin 2025-ci ildə dövlət büdcəsinə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən vergi ödəyicilərinin, həmçinin 2025-ci il üzrə dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicilərinin siyahısını istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə ən çox vergi ödəyən bank “Kapital Bank” ASC olub. Bank 131,9 milyon manat vergi ödəyib. İkinci yerdə 123,5 milyon manat vergi ödənişi ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC, üçüncü yeri isə 78,7 milyon manat vergi ödənişi ilə “PAŞA Bank” ASC tutub.
Bununla yanaşı, “Bank Respublika” ASC 32,1 milyon manat, “Unibank” ASC 30,6 milyon manat, “Xalq Bank” ASC 28,1 milyon manat, “Accesbank” QSC 27,6 milyon manat, “Azər-Türk Bank” ASC 16,4 milyon manat, “Yelo Bank” və “Bak of Baku” ASC-lər isə hərəsi 15 milyon manat vergi ödəyib.
Ötən il ən çox vergi ödəyən banklar aşağıdakı cədvəldə:
|
S/N |
Banklar |
Ödənilmiş vergilər - 2025 (Milyon manat) |
|
1 |
"Kapital Bank" ASC |
131,9 Milyon manat |
|
2 |
"Azərbaycan Beynəlxalq Bankı" ASC |
123,5 Milyon manat |
|
3 |
"PAŞA Bank" ASC |
78,7 Milyon manat |
|
4 |
"Bank Respublika" ASC |
32,1 Milyon manat |
|
5 |
"Unibank" ASC |
30,6 Milyon manat |
|
6 |
"Xalq Bank" ASC |
28,1 Milyon manat |
|
7 |
"Accesbank" QSC |
27,6 Milyon manat |
|
8 |
"Azər-Türk Bank" ASC |
16,4 Milyon manat |
|
9 |
"Yelo Bank" ASC |
15,0 Milyon manat |
|
10 |
"Bank of Baku" ASC |
15,0 Milyon manat |













