Azərbaycanda dövlət maliyyəsinin səmərəli idarə edilməsinə nəzarətin gücləndirilməsi nəzərdə tutulur.
Azərbaycanda yeni qurum yaradıldı - PREZİDENTDƏN FƏRMAN
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılmış Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Müvafiq qanun layihəsinə əsasən, dövlət maliyyəsinin səmərəli idarə edilməsi məqsədilə dövlət orqanları (qurumları), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslərlə bağlı aşağıdakı məlumatların vergi orqanları tərəfindən müvafiq icra hakimiyyəti orqanına elektron qaydada təqdim edilməsi nəzərdə tutulur:
- adıçəkilən qurumların vergi orqanında uçota alınması, yenidən təşkili və ya uçotdan çıxarılması barədə məlumatların (vergi ödəyicisinin adı, VÖEN-i, hesabları göstərilməklə) növbəti ayın 15-nə qədər;
- qurumların qeydiyyata alınan hesabları barədə məlumatların müvafiq məlumat bank əməliyyatları aparan şəxslər tərəfindən vergi orqanına daxil olduğu gündən 1 iş günü müddətində.
Dövlət orqanları (qurumları) və dövlət müəssisələri ilə bağlı qeyd olunan məlumatların vergi orqanları və banklar tərəfindən qurumlararası informasiya sisteminin imkanlarından istifadə etməklə verilməsi dövlət vəsaitlərinin xərclənməsinə nəzarətin güclənməsinə, həmin qurumların fəaliyyətinin daha çevik monitorinqinə imkan verəcək.










