1 yanvar 2026-cı il tarixinə aktiv vergi ödəyicilərinin sayı 6,5 faiz artaraq 859,3 min, aktiv ƏDV ödəyicilərinin sayı isə 10,6 faiz artaraq 58,4 min təşkil edib.
Ötən il kartla alınan mənzil və obyektlərə görə 31 milyon manatdan çox ƏDV geri qaytarılıb
Bu barədə FED.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Qeyd edilib ki, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 7,1 faiz artıb və 232,8 min olub.









