Santral
Satınalma üzrə menecer
Son tarix 16 may 2024 - [email protected]
Tələblər:
- Ali təhsil
- Dillər : Azərbaycan dili və rus dili (ingilis dili üstünlükdür.)
- Satınalma sahəsində iş təcrübəsi 2 ildən az olmayaraq
- Ünsiyyət qurmaq bacarığı
- Kollektivdə işləmək bacarığı
- 1C işləmə bacarığı
Vəzifə təlimatı:
- Məlumatların toplanması, qiymət və müxtəlif variantların təqdim edilməsi;
- Qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi;
- Xarici Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması;
- Gömrük rüsumlarının ödənilməsinə, gömrüyə ödəniş üçün sənədlərin təqdim edilməsinə və malların anbara vaxtlı-vaxtında çatdırılmasına nəzarət edilməsi;
- Şöbələri vaxtaşırı lazım olan vasitələrlə təmin etmək, onların işləməsinin uçotunu aparmaq, müvafiq hesabat formasını tərtib etmək;
- Təchizatçılarla görüşlərin keçirilməsi, danışıqların aparılması, təkliflərin alınması və qiymətləndirilməsi;
- Tədarükçülərin (Mal, iş və xidmət satanların) araşdırılması, əlaqələrin yaradılması;
- Planların tərtib edilməsi və satınalmaların əsaslandırılması;
- Yeni alışların təsdiq olunması üçün bir neçə məhsul nümunəsinin təqdim edilməsi;
- Etibarlı satıcı və təchizatçılar bazasının inkişaf etdirilməsi;
- Bazar tendensiyalarını, rəqib strategiyalarını və bazar tədarükçülərini izlənilməsi;
- Təchizatçılarla (xarici) müqavilələrin bağlanması;
- Məhsul hazır olduqdan sonra yükləmə sənədlərinin (packing list) menecerə göndərilməsi və yükləmənin təşkil edilib izlənməsi;
- 1C proqramında satış heyəti tərəfindən formalaşdırılan minimal yazılmış saylar sistemi və satış heyəti tərəfindən keçilən Daxili Sifariş stok sifarişinin icra edilməsi;
Əmək haqqı: namizədə uyğun 800-1000AZN (NETT)
İş şəraiti: Ziya Bünyadov prospekti 2071
CV-lərinizi “Satınalma üzrə menecer” başlığı ilə poçt ünvanına göndərməyiniz xahiş olunur.