Murad LTD
Audit
Son tarix 21 yan 2024 [email protected]
Vəzifəyə olan tələblər:
- Fəaliyyət göstərilən ərazidə fakturaların və müştəri borclarının yoxlanışlarını həyata keçirmək və nəticələri raportlamaq;
- Müştərilərlə imzalanmış müqavilə şərtlərinə uyğun çalışmaların yoxlanılması və raportlanması;
- Kampaniyaların təsdiqlənmiş standart prosesinə uyğun həyata keçirilməsini yoxlamaq və raportlamaq;
- Ərazilərdə inventarın yoxlanılması və raportlanması;
- Satış nöqtələri üzrə borc qalıq raportunu təhlil etmək;
- Müştərilərin pul ödəmə qabiliyyətini qiymətləndirmək və onlar haqqında rəy vermək;
- Müştərilər ilə bağlanmış müqavilələrin şərtlərinə əsasən qəbul etdikləri malların pulunu vaxtında satış təmsilçiləri tərəfindən yığılmasını təmin etmək və köməklik göstərmək;
- Yeyintilərin olmaması üçün marşrutu üzrə mütamadi olaraq bütün müştərilərə baş çəkərək pulların ödəniş qaydaları haqqında təbliğat aparmaq;
- Sənəd dövriyyəsinə uyğun bütün hesabatları vaxtı-vaxtında şöbə müdirinə təqdim etmək;
- İllik sayımlarda iştirak etmək;
- Birbaşa və ancaq tabe olduğu müdir tərəfindən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi:
- Nəticələrin bəyan edilmiş məqsəd və vəzifələrə cavab verməsini və planlaşdırıldığı kimi icra olunmasını təmin etmək üçün əməliyyatların və ya proqramların nəzərdən keçirilməsi
- Təftiş fəaliyyəti ilə bağlı məsələlərdə şirkətin və qrup şirkətlərinin struktur bölmələri və vəzifəli şəxsləri ilə qarşılıqlı əlaqə qurmaq
- Araşdırma nəticələrini təqdim etmək və uyğunluğu və səmərəliliyi artırmaq yollarını tapmaq
Tələblər:
- Ali təhsil (Riyaziyyat və İqtisadiyyat yönümlü olması arzuolunandır)
- Yaş: 22-50
- İş təcrübəsi tələb olunmur;
- Avtomobil tələb olunur.
- MS Excel yaxşı səviyyədə ;
- Öyrənməyə və inkişafa yüksək həvəs;
- Məntiqi və riyazi analiz qabiliyyəti;
- Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
- Düzgün ünsiyyət qurmaq bacarığı;
İş şəraiti:
- İş vaxtı: 09:00–dan 18:00 dək;
- İstirahət günləri: Bazar;
- Təcrübə və sınaq müddəti 1 aydır və ödənişlidir;(əmək müqaviləsi ilə);
- Təcrübə müddətini uğurla keçən işlə təmin ediləcək;
- Korporativ nömrə ilə təmin olunma;
- Avtomobilin amortizasiya xərclərinin ödənilməsi;
- Əmək haqqi 1000 azn fix(işin effektivliyindən asılı olaraq gələcək üçün artırıla bilər).
Müraciət etmək istəyən namizədlər CV formasını poçt ünvanına mövzu hissəsinə “Audit” qeyd edərək göndərə bilərsiniz. CV-də şəkil olmağı mütləqdir.
Ünvan : Sumqayıt şəh. Azərbaycan prospekti 10\19. İcra hakimiyyəti və mərkəzi poçt yaxınlığında.