Azərşəkər LLC
Kiçik aqronom-Yevlax
Son tarix 13 sen 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Əkin, gübrələmə, suvarma, dərmanlama və digər aqrotexniki tədbirlər üzrə toplanan məlumatların gündəlik, həftəlik və mövsümi qaydada qeydiyyatının aparılmasına yardımçı olmaq.
- Müvafiq rəhbərin göstərişi və nəzarəti ilə torpaq, su və bitki analizlərinin nəticələrini işləyib təhlil etmək.
- Əkin sahələrinin məhsuldarlıq göstəricilərini əvvəlki illərin nəticələri ilə müqayisəli analizini aparmaq üçün fəaliyyətlər göstərmək.
- Bitkilərin inkişaf mərhələləri, xəstəlik/zərərverici müşahidələri və tədbirlərin effektivliyi barədə statistik məlumatları toplamaq.
- Aqrar fəaliyyətlə bağlı rəqəmsal platformalarda (ERP, MS Excel və s.) məlumatların düzgün və tam şəkildə daxil olunmasını təmin etmək.
Vəzifə tələbləri:
- Müvafiq sahə üzrə ali təhsil
- Azərbaycan dili səlis, ingilis dili arzu olunandır.
- MS Office (Word, Excel, Power Point) proqramlarında işləmək bacarığı
Əlavə məlumat:
- Struktur: Əməliyyatlar departamenti
- Bilavasitə tabe olduğu şəxs: Aqronom məsləhətçi
- İş yeri: Yevlax rayonu
- İş qrafiki: 6 günlük iş həftəsi (həftə içi saat 09:00-17:00, şənbə günü 09:00-13:00)
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Kiçik aqronom-Yevlax) qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq