Qax Rayon İcra Hakimiyyəti (VÖEN – 4300015071) Qax şəhərində infrastrukturun yaxşılaşdırılması və yaşayış binalarının əsaslı təmiri məqsədilə iki açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, elan edilən müsabiqələrin ümumi ehtimal olunan qiyməti 898 201 manat təşkil edir. Tenderlərin detalları aşağıdakı kimidir:
Küçələrdə yol və səkilərin əsaslı təmir işləri: Ehtimal olunan qiymət 771 794 manatdır. İştirak haqqı 450 manat təşkil edir.
Kommunal yaşayış binalarında təmir işləri: Heydər Əliyev prospekti 17, 17A və Ş.Rustaveli küçəsi 14 ünvanlarında yerləşən binaların təmiri nəzərdə tutulur. Bu müsabiqənin ehtimal olunan qiyməti 126 407 manatdır. İştirak haqqı 250 manat müəyyən edilib.
Hər iki müsabiqə üzrə təkliflərin son təqdim olunma vaxtı 2 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək. İstifadə haqqı 25 manat, tələb olunan iddiaçıların sayı isə 3 müəyyən edilib.
Əlaqələndirici şəxs: Tağıyev Elbrus - Qax Rayon İcra Hakimiyyəti başçısının I müavini
+994 55 645 85 49
İddiaçılar təkliflərini 2 aprel 2026-cı il tarixinə qədər Qax şəhəri, Azərbaycan prospekti 32 ünvanına təqdim edə bilərlər.












