Tenderlər

Qax rayonunda tenderləri hansı şirkətlər udur? - MƏBLƏĞLƏR - SİYAHI

Qax rayonunda tenderləri hansı şirkətlər udur? - MƏBLƏĞLƏR - SİYAHI | FED.az
20:56 14 Sen 2020

2020-ci ilin ilin yanvar-sentyabr aylarında Qax rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 889 min 865  manat olan 21 tender keçirilib.

Eləcə də bax: Xaçmazda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR

FED.az-ın məlumatına görə, ən çox tender keçirən Qax rayon İcra Hakimiyyəti olub. Qax Rayon İcra Hakimiyyəti 9 müqavilə bağlayıb. Qurum tenderlərinin ümumi məbləğinə görə də birincidir. Belə ki, icra hakimiyyətinin tenderlərinin ümumi məbləği 1 milyon 367 min 263 manatdır.

Bundan başqa Qax rayon Mərkəzi Xəstəxanası ümumi məbləği 106 min 852 manat olan 8 müqavilə, Qax Suvarma Sistemləri İdarəsi isə ümumi məbləği 417 min 750 manat olan 4 müqavilə bağlayıb.

Rayonun ən böyük tenderlərini "ŞANS-16" MMC, "CAHANDAR -H" MMC, Rövşən Əliyev və "Kenanşin" MMC qazanıb.

FED.az 2020-ci ilin ilin yanvar-sentyabr aylarında Qax rayonunda keçirilən tender müqavilələrin siyahısını təqdim edir.

No description available.

 

 

 

Digər xəbərlər

Banner