Bu ilin yanvar ayında Azərbaycandan 22 milyon 304 min dollar həcmində 26 min 693 ton xurma ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, xurma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 3 milyon dollar və ya 15,7%, miqdar ifadəsilə isə 580 ton, başqa sözlə 2,2% çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Azərbaycandan 19 milyon 293 min dollar dəyərində 26 min 113 ton xurma ixrac olunmuşdu.
Bu ilin yanvar ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi xurmanın 1 kiloqramının orta ixrac qiyməti 0,84 dollar (təxminən 1 manat 43 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 0,74 dollar (təxminən 1 manat 26 qəpik) idi. Bu da illik müqayisədə 0,10 dollar (17 qəpik) və ya 13,5% bahalaşma deməkdir.
Bu il yanvar ayında ümumi ixracın 1,00%-i, qeyri-neft sektoru üzrə ixracın isə 8,31%-i xurmanın payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,63% və 7,85% olmuşdu.











