2025-ci il ərzində Azərbaycandan 60,5 milyon dollar həcmində 85,2 min ton şəkər ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şəkər ixracı ötən illə müqayisədə dəyər ifadəsilə 22 milyon dollar və ya 57,2%, miqdar ifadəsilə isə 34,4 min ton, başqa sözlə 67,7% çoxdur.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycandan 38,5 milyon dollar dəyərində 50,8 min ton şəkər ixrac olunmuşdu.
2025-ci ilin nəticələrinə görə Azərbaycanın ixrac etdiyi şəkərin 1 kiloqramının orta ixrac qiyməti 0,71 dollar (1,21 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 0,76 dollar (1,29 manat) idi. Bu da illik müqayisədə 0,05 dollar (0,08 manat) və ya 6,2% ucuzlaşma deməkdir.
Bu il ümumi ixracın 0,24%-i, qeyri-neft sektoru üzrə ixracın isə 1,67%-i şəkərin payına düşüb. Ötən il isə müvafiq göstəricilər 0,14% və 1,15% olmuşdu.











