2025-ci il ərzində Azərbaycandan 75,1 milyon dollar həcmində 106,4 min ton alma ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, alma ixracı ötən illə müqayisədə dəyər ifadəsilə 13,2 milyon dollar və ya 21,3%, miqdar ifadəsilə isə 8,6 min ton, başqa sözlə 8,8% çoxdur.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycandan 61,9 milyon dollar dəyərində 97,8 min ton alma ixrac olunmuşdu.
2025-ci ilin nəticələrinə görə Azərbaycanın ixrac etdiyi almanın 1 kiloqramının orta ixrac qiyməti 1 manat 20 qəpik təşkil edib. 2024-cü ildə isə bu rəqəm 1 manat 8 qəpik idi. Bu da illik müqayisədə 12 qəpik və ya 11,1% bahalaşma deməkdir.
Bu il ümumi ixracın 0,30%-i, qeyri-neft sektoru üzrə ixracın isə 2,07%-i almanın payına düşüb. Ötən il isə müvafiq göstəricilər 0,23% və 1,84% olmuşdu.











