Bu ilin yanvar-may aylarında Azərbaycandan xaricə 119,8 milyon dollar dəyərində pomidor ixrac edilib.
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
FED.az biznes və maliyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın iyun sayında bildirilir.
Məlumata görə, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon dollar və ya 5,3% artıb. Xatırladaq ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycandan xaricə 113,8 milyon dollar dəyərində pomidor ixrac edilmişdi.
Yalnız may ayında isə xaricə satılan pomidordan 44,6 milyon dollar əldə olunub ki, bu da, illik müqayisədə 5,5 milyon dollar (14,1%) çoxdur.
Qeyd edək ki, bu ilin may ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 27,2% artaraq 396,7 milyon dollar təşkil edib. Ümumilikdə bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 23,8% artaraq 144,6 milyon dollara, qeyri-yeyinti məhsullarının ixracı isə 30,7% artaraq 288,5 milyon dollara bərabər olub.















