Bu ilin yanvar ayında Azərbaycandan 13 milyon 648 min dollar həcmində 12 min 142 ton tomat (pomidor) ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, tomat ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyon 66 min dollar və ya 7,2%, miqdar ifadəsilə isə 901 ton, başqa sözlə 6,9% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Azərbaycandan 14 milyon 715 min dollar dəyərində 13 min 43 ton tomat ixrac olunmuşdu.
Bu ilin yanvar ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi tomatın 1 kiloqramının orta ixrac qiyməti 1,12 dollar (təxminən 1 manat 90 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 1,13 dollar (təxminən 1 manat 92 qəpik) idi. Bu da illik müqayisədə cüzi - 0,3%-lik ucuzlaşma deməkdir.
Bu il yanvar ayında ümumi ixracın 0,61%-i, qeyri-neft sektoru üzrə ixracın isə 5,09%-i tomatın payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,48% və 5,99% olmuşdu.











