Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xaricə 175,4 milyon ABŞ dolları dəyərində tomat (pomidor) ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin 11 ayı ilə müqayisədə 20 milyon ABŞ dolları və ya 12,9% çoxdur.
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 155,4 milyon ABŞ dolları dəyərində pomidor ixrac edib.
Təkcə noyabr ayında 15,7 milyon dollarlıq pomidor ixrac olunub ki, bu da illik 2,3 milyon dollar (17,2%) çoxdur.
Ötən ilin noyabr ayında Azərbaycandan xarici ölkələrə 13,4 milyon ABŞ dolları dəyərində pomidor ixrac edilib.











