Bu ilin yanvar ayında Azərbaycan xaricə 11,2 milyon dollar dəyərində pambıq lifi ixrac edib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 2 milyon dollar və ya 21,7% çoxdur.
Ötən ilin yanvar ayında Azərbaycan 9,2 milyon dollar dəyərində pambıq lifi ixrac etmişdi.














