Bu ilin yanvar ayında Azərbaycan xaricə 3 milyon dollar dəyərində şəkər və şirinləşdirici əlavə edilmiş alkoqolsuz energetik içkilər ixrac edib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın son sayında bildirir.
Məlumata görə, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 0,6 milyon dollar və ya 25% çoxdur.
Ötən ilin yanvar ayında Azərbaycan 2,4 milyon dollar dəyərində bu məhsuldan ixrac edib.














