Bu ilin ilk 11 ayında Azərbaycandan 151,1 milyon dollar həcmində 106 min ton pambıq lifi ixrac edilib.
FED.az Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, pambıq lifi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 18,9 milyon dollar və ya 11,1%, miqdar ifadəsilə isə 8 min ton, başqa sözlə 7% azdır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 170 milyon dollar dəyərində 114 min ton pambıq lifi ixrac olunmuşdu.
Bu ilin ilk 11 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi pambıq lifinin 1 kiloqramının orta ixrac qiyməti 2 manat 43 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 2 manat 53 qəpik idi. Bu da illik müqayisədə 10 qəpik və ya 4% ucuzlaşma deməkdir.
Bu il 11 ayında ümumi ixracın 0,65%-i, qeyri-neft sektoru üzrə ixracın isə 4,56%-i pambıq lifinin payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,70% və 5,50% olmuşdu.











