Bu ilin yanvar ayında Azərbaycandan 65 min dollar həcmində 189 ton kartof ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, kartof ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 31,5 min dollar və ya 93,2%, miqdar ifadəsilə isə 76 ton, başqa sözlə 67,3% çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Azərbaycandan 33,9 min dollar dəyərində 113 ton kartof ixrac olunmuşdu.
Bu ilin yanvar ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi kartofun 1 kiloqramının orta ixrac qiyməti 0,35 dollar (təxminən 59 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 0,30 dollar (təxminən 51 qəpik) idi. Bu da illik müqayisədə 16,7% bahalaşma deməkdir.
Bu il yanvar ayında ümumi ixracda kartofun payı cüzi olaraq 0,003%, qeyri-neft sektoru üzrə ixracda isə 0,02% təşkil edib.











