Bu ilin ilk yarısında Azərbaycandan xaricə 95,3 milyon dollarlıq meşə fındığı satılıb.
Ötən ay xaricə 22 milyonluq albalı və gilas satılıb – GƏLİRLƏRDƏ ARTIM
FED.az biznes və maliyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın iyul sayında bildirilir.
Məlumata görə, fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 19,1 milyon dollar və ya 25,1% artıb Xatırladaq ki, 2025-ci ilin birinci yarısında fındıq ixracından gəlirləri 76,2 milyon dollar olmuşdu.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 16,9% artaraq 1,9 milyard ABŞ dolları təşkil edib.















