Bu ilin iyun ayında Azərbaycandan xaricə 21,5 milyon dollarlıq təzə albali və gilas satılıb.
Azərbaycan yarımi ldə 4 milyon dollarlıq - NAR İXRAC EDİB
FED.az biznes və maliyə xəbərləri portalı xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın iyul sayında bildirilir.
Məlumata görə, albalı və gilas ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 milyon dollar və ya 15,6% artıb. Xatırladaq ki, 2025-ci ilin iyun ayında bu məhsulun ixracından əldə olunan gəlir 18,6 milyon dollar idi.
Qeyd edək ki, cari ilin iyun ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 18,2% artaraq 381,9 milyon ABŞ dolları təşkil edib.
Bu dövr ərzində yeyinti məhsulları üzrə ixrac 19,4% artaraq 175,3 milyon ABŞ dollarına, qeyri-yeyinti məhsullarının ixracı (qeyrimonetar qızıl istisna olmaqla) isə 17,3% artaraq 206,5 milyon ABŞ dollarına bərabər olub.















