2024-cü ilin yanvar-iyun ayında Azərbaycandan 20 milyon 470 min dollar dəyərində 48 min 234 ton kartofixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Kartof ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 10 milyon 527 min dollar və ya 34%, miqdar ifadəsilə 22 min 794 ton və ya 32% azalıb.
2023-cü ilin ilk 6 ayında isə Azərbaycandan 30 milyon 998 min dollar dəyərində 71 min 28 ton kartof ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi kartofun 1 kiloqramının orta ixrac qiyməti 72 qəpik olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 74 manat idi.
Bu il ümumi ixracının 0,16%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 1,28%-i kartofun payına düşüb.