2024-cü ilin yanvar-iyun ayında Azərbaycandan 136 milyon 950 min dollar dəyərində 114 min 247 ton pomidor ixrac olunub.
FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 16 milyon 220 min dollar və ya 13%, miqdar ifadəsilə 6 min 129 ton 6% artıb.
2023-cü ilin ilk 6 ayında isə Azərbaycandan 120 milyon 730 min dollar dəyərində 108 min 118 ton pomidor ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi pomidorun 1 kiloqramının orta ixrac qiyməti 2,04 manat olub. Xatırladaq ki, 2023-cü ilin eyni dövründə bu rəqəm 1,89 manat idi. Bu da illik müqayisə ilə 0,14 manat və ya 7,4% artım deməkdir.
Bu il ümumi ixracının 1.06%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 8.58%-i pomidorun payına düşüb.