Bu ilin ilk 9 ayında Azərbaycana 188,6 milyon dollar (320,6 milyon manat) həcmində 878 min 669 ton buğda idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, buğda idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 22,1 milyon dollar (37,6 milyon manat) və ya 13,3%, miqdar ifadəsilə isə 119 min 713 ton, başqa sözlə 15,8% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 166,5 milyon dollar (283 milyon manat) dəyərində 758 min 956 ton buğda idxal olunmuşdu.
Bu ilin ilk 9 ayının nəticələrinə görə Azərbaycanın idxal etdiyi buğdanın 1 kiloqramının orta idxal qiyməti 36 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 37 qəpik idi. Bu da illik müqayisədə cüzi ucuzlaşma deməkdir.
Bu il 9 ayında ümumi idxalın 1,12%-i buğdanın payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 1,14% olub.