Bu ilin ilk 9 ayında Azərbaycana 75,8 milyon dollar (128,8 milyon manat) həcmində 33 min 321 ton ət idxal edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 14,7 milyon dollar (25 milyon manat) və ya 16,3%, miqdar ifadəsilə isə 8 min 94 ton, başqa sözlə 19,5% azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 90,5 milyon dollar (153,9 milyon manat) dəyərində 41 min 415 ton ət idxal olunmuşdu.
Bu ilin ilk 9 ayının nəticələrinə görə Azərbaycanın idxal etdiyi ətin 1 kiloqramının orta idxal qiyməti 3 manat 87 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 3 manat 71 qəpik idi. Bu da illik müqayisə ilə 16 qəpik və ya 4,3% bahalaşma deməkdir.
Bu il 9 ayında ümumi idxalın 0,45%-i ətin payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,62% olub.