2025-ci il ərzində Azərbaycandan 144,2 milyon dollar həcmində 187,5 min ton xurma ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xurma ixracı ötən illə müqayisədə dəyər ifadəsilə 30,5 milyon dollar və ya 26,9%, miqdar ifadəsilə isə 33,2 min ton, başqa sözlə 21,5% çoxdur.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycandan 113,7 milyon dollar dəyərində 154,3 min ton xurma ixrac olunmuşdu.
2025-ci ilin nəticələrinə görə Azərbaycanın ixrac etdiyi xurmanın 1 kiloqramının orta ixrac qiyməti 1 manat 31 qəpik təşkil edib. 2024-cü ildə isə bu rəqəm 1 manat 25 qəpik idi. Bu da illik müqayisədə 6 qəpik və ya 4,8% bahalaşma deməkdir.
Bu il ümumi ixracın 0,58%-i, qeyri-neft sektoru üzrə ixracın isə 3,97%-i xurmanın payına düşüb. Ötən il isə müvafiq göstəricilər 0,43% və 3,39% olmuşdu.











