Prezident İlham Əliyevin yeni fərmanına əsasən əlavə olaraq 2264 şəhid hərbi qulluqçu vərəsələrinə də birdəfəlik ödəmə veriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən FED.az-a daxil olan məlumata görə, yeni fərmanla birdəfəlik ödəmələr artıq 12268 şəhidin vərəsələrini əhatə edir və ödəniləcək vəsaitin həcmi 135 milyon manata çatır.
Eləcə də bax: Bütün şəhid ailələri birdəfəlik müavinət alacaq - PREZİDENTDƏN YENİ FƏRMAN
Qeyd edək ki, ötən dövrdə 3100 şəhid hərbi qulluqçunun 4200-ə qədər vərəsəsinə birdəfəlik ödəmə həyata keçirilib, bu istiqamət üzrə 34 milyon manat vəsait ödənilib. Hazırda 6444 şəhidin vərəsələrinə ödənişlər davam edir.